“Qalatasaray”ın Çempionlar Liqası heyəti bəlli oldu
Çempionlar Liqasının qrup mərhələsində yarışacaq “Qalatasaray” UEFA-ya iştirak ərizəsini təqdim edib. İstanbul təmsilçisinin siyahısında 25 futbolçu yer alıb.

“Sarı-qırmızı”lı komandaya yeni transfer edilən Erman Kılıç heyətə daxil edilməyib.

Ümumilikdə, baş məşqçi Fatih Terim ÇL-də aşağıdakı futbolçulara şans verəcək:

Qapıçılar: Eray İşcan, Ufuk Ceylan, Fernando Muslera

Müdafiəçilər: Semih Kaya, Aurelien Çedjou, Gökhan Zan, Emmanuel Eboue, Dani Nounkeu, Səbri Sarıoğlu, Hakan Balta

Yarımmüdafiəçilər: Ceyhun Gülsalam, Felipe Melo, Səlçuk İnan, Engin Baytar, Əmrə Çolak, Həmid Altıntop, Uesli Sneiyder, Yekta Kurtuluş, Nordin Amrabat, Albert Riera, Aydın Yılmaz, Armindo Tue Na Banqna Bruma

Hücumçular: Didiye Droqba, Burak Yılmaz, Umut Bulut

Xəbər 849 dəfə oxundu.