Ronaldo karyerasını "Mançester Yunayted"də başa vurmaq istəyir
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını "Mançester Yunayted"ə başa vurmaq istəyir.

"Guardian" qəzeti iddia edib ki, portuqaliyalı oyunçu "qırmızı-şeytanlar"ın nümayəndəsinə İngiltərə təmsilçisinə yenidən dönmək istədiyini deyib.

O, son illərini "MY"da keçirmək və futbolu burada buraxmaq istədiyini bildirib.

Qeyd edək ki, Qaret Beyl Madrid klubuna transfer olunduğu üçün Ronaldonun komandada problemlər yaşaya biləcəyi iddia edilir.

Xəbər 864 dəfə oxundu.