Voleybol millimiz "Volero"nu məğlub etdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Hazırda İsveçrədə olan komandamız daha bir yoxlama matçında qüvvəsini sınayıb.

Faiq Qarayevin yetirmələri Sürixdə yerli “Volero” ilə qarşılaşıblar. Oyun voleybolçularımızın 3:1 (25:22, 21:25, 28:30, 20:25)
hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız sabah yer aldığı C qrupunun oyunlarının keçiriləcəyi Drezdenə yollanacaq.

Xəbər 935 dəfə oxundu.