Branimir Subaşiçin komandası cəzalandırıldı
Millimizin futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor" Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.

Buna birinci liqa təmsilçisinin futbolçusu Kurşat Duymuşla müqaviləni haqsız yerə ləğv etməsi səbəb olub.

Klub bu cür addım atdığı üçün TFF tərəfindən 2 mövsümlüyünə heç bir oyunçunu transfer edə bilməməklə cəzalandırılıb.

Bu qərardan sonra Ordu təmsilçisi apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Xəbər 1185 dəfə oxundu.