"Araz"da gürcü futbolçu
Azərbaycan birinci divizionunda mübarizə aparan “Araz” klubunun düşərgəsinə yeni futbolçu cəlb olunub. Bu, son olaraq, Gürcüstan klubu “Metallurq”un (Rustavi) formasını geyinmiş Georgi Çediyadır. 24 yaşlı yarımmüdafiəçi hazırda “Araz”ın məşqlərinə qatılır. Baş məşqçi Əsgər Abdullayev deyib ki, özünü yaxşı tərəfdən göstərən gürcü oyunçu ilə münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, Çediya vaxtilə 21 yaşlı futbolçulardan ibarət Gürcüstan milli komandasının da şərəfini qoruyub.

Xəbər 1062 dəfə oxundu.