"Riberi olmadan "Bavariya" üç kubok qazana bilməzdi"
"Bavariya"nın əfsanəvi futbolçularından olan Franz Bekkenbauer klubun yarımmüdafiəçisi Frank Riberi haqqında müsbət fikirlər səsləndirib.

O, FİFA-nın rəsmi saytına müsahibəsində "Bavariya"nın ötən mövsüm Riberi olmadan üç kuboku qazanmağın mümkünsüz olduğunu deyib.

"Bəlkə Münhen təmsilçisi bir, ya da iki kubokun sahibi ola bilərdi. Ancaq dəqiq deyə bilərəm ki, bu rəqəm üç ola bilməzdi. Riberi komandaya çox böyük kömək etdi. Əvvəllər Riberi dünyanın ən yaxşı futbolçularından biri idi, ancaq indi dünyanın ən yaxşısıdır" - deyə Bekkenbauer bildirib.

Qeyd edək ki, Riberi 2012/2013 mövsümü üçün Avropanın ən yaxşı futbolçusu seçilib.

Xəbər 835 dəfə oxundu.