Taekvondoçularımızın rəqibləri məlum olub | |
Çinin Şenjen şəhərində XXVI Yay Universiadasına iştirak edən azərbaycan taekvondoçularının rəqibləri məlum olub. Püşkatma nəticəsində 12 idmançımızdan 3 nəfəri yarışa ikinci mərhələdən qatılacaq. Püşkün nəticələrini təqdim edirik: Kişilər: 54 kq - Samir Aydınov – Flavien Furet (Fransa) 58 kq - Vüsal Məmmədov – Çenyanq Vey (Taypey) 68 kq - Əliyev Fariz – Tomas Auger (Avstriya) 74 kq - Elvin Məmmədov – Yerbol Yerəliyev (Qazaxıstan) 80 kq - Ramin Əzizov – 2-ci döyüşdə Canni Guqlielmo (İtaliya) – Gilbert Smit (Aruba) cütünün qalibi ilə 87 kq - Jeyhun Həsənli – Kristof Lemann (Almaniya) +87 kq - Aydın Bəhməlov – Erik Vossen (Almaniya) Qadınlar: 46 kq - Xəyalə Quliyeva – 2-ci döyüşdən Yvette Yong (Kanada) – Dikuah Sum (Honqkonq) cütünün qalibi ilə 49 kq - Türkanə Tahirli – Ledian Santos (Braziliya) 57 kq - Günay Ağakişiyeva – 2-ci döyüşdən Despina Plavaki (kipr) – So Hee Kim (Korea) cütünün qalibi ilə 62 kq - Səbinə Mikayılova – Maria Manalo (Filippin) 67 kq - Vonkyunq Kim – 2-ci döyüşdən Çulunbor Ariunzaya (Monqolustan) – Seham Savalhi (Misir) cütünün qalibi ilə Universiadanın taekvondo yarışları Bakı vaxtı ilə səhər saat 06:00-da başlanılıb. Qeyd edək ki, 18-19 avqust tarixlərində Pumse yarışları, 20-23-də isə fərdi yarışlar keçiriləcək. Taekvondoçularımız ayın 25-də Vətənə dönəcəklər. |
|
Xəbər 1245 dəfə oxundu. |
|
|