Məsut Özil “Real”dan niyə getdi?
"Arsenal"ın yeni transferi Məsut Özilin "Real"dan (Madrid) ayrılmasının səbəbləri məlum olub.

Türk əsilli alman yarımmüdafiəçinin Madrid klubundan getməsinin ən birinci səbəbi İsko və Beylin komandaya transferi olub. Yeni baş məşqçi Karlo Ançelottinin gəlişi ilə bu mövsüm əsas heyətdə oynamayan 24 yaşlı futbolçunun uelsi yarımmüdafiəçinin transferi ilə növbəti matçlarda iştirak etmə şanları xeyli azalırdı. Buna görə də o, "Arsenal"a getməyə razılıq verib.

Digər səbəb isə Madrid klubundan maaşının artırılması üçün danışıqlar aparan Özilin istəyinə nail olmamasıdır.

Ancaq futbolçu "Arsenal" transfer olunmaqla Madrid klubunda aldığındam 2-3milyon artıq, yəni ilə 7-8 milyon arasında qazanacaq.

Qeyd edək ki, Özil London klubuna 45 milyon avroya transfer olunmaqla indiyə kimi "Real"a ən çox pul qazandıran oyunçu olub.

Xəbər 856 dəfə oxundu.