Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.

Hazırda İsveçrədə olan komandamız daha bir yoxlama matçında qüvvəsini sınayıb.
Baş məşqçi Faiq Qarayevin yetirmələri Sürixdə yerli “Volero” komandası ilə qarşılaşmışlar. Oyun voleybolçularımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamız sentyabrın 4-də yer aldığı Avropa çempionatının C qrupunun oyunlarının keçiriləcəyi Almaniyanın Drezden şəhərinə yollanacaqdır.

Xəbər 647 dəfə oxundu.