Vladimir Kramnik şahmat üzrə dünya kuboku yarışlarının qalibi olub
Novreçin Tromse şəhərində şahmat üzrə dünya kuboku yarışları başa çatıb.

Dünya kuboku yarışlarının qalibi rusiyalı Vladimir Kramnik olub. O, final mərhələsinin dördüncü oyununda həmvətəni Dmitri Andreykin ilə heç-heçə etmişdir. Yekun partiya 34-cü gedişdə başa çatıb.

V.Kramnik sonuncu partiyada qara fiqurlarla oynamışdır. O, dörd oyunun üçünü heç-heçə başa vurmuş, birində isə qələbə qazanıb.
Şahmatçı öz karyerasında ilk dəfə dünya kubokunu qazanıb.

Xəbər 1003 dəfə oxundu.