Gənclər və İdman Nazirliyinin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib
Sentyabrın 3-də Gənclər və İdman Nazirliyinin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında ölkəmizdə gənclər və idman sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən söhbət açılıb.
Nazir Azad Rəhimov bildirmişdir ki, bu müddətdə gənclər siyasəti sahəsində 90-dan artıq tədbir həyata keçirilib. Onlardan 18-i beynəlxalq tipli tədbirdir. İki mindən artıq gənc 50 ölkədə keçirilən tədbirlərdə iştirak ediblər. Nazirliyimiz gənclərlə bağlı 4 televiziya layihəsini dəstəkləyir. Həmçinin düşərgələrlə bağlı da layihələri davam etdiririk. Bu düşərgələrdə 2600-dən çox gənc iştirak edib.

Azərbaycanda gənclər mükafatının təsis olunması barədə danışan nazir, bunun çox sevindirici hal olduğunu demişdir. Qeyd etmişdir ki, gənclər mükafatı gələn il də bizim işimizin əsasını təşkil edəcək.

Xəbər 719 dəfə oxundu.