Fəhmin «Barselona»nın məşqlərindən qaydıb

“Fəhmin Muradbəyli Azərbaycanı Barselonada layiqli təmsil edib”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nın prezidenti Sadıq Sadıqov deyib. İspaniyanın “Barselona” klubunun nəzdində keçirilmiş intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində fəal iştirak edən “ağ-qaralar”ın əvəzedici heyətinin üzvü artıq Vətənə dönüb.
S.Sadıqov komandanın rəsmi saytına açıqlamasında bildirib ki, bu, onu çox sevindirir: “Bir rəhbər kimi bu məni sevindirir. İnanıram ki, yaxın zamanda “Neftçi”nin gənc futbolçuları əsas komandada da öz sözlərini deyəcəklər”.
Qeyd edək ki, yeniyetmə futbolçunun “Barselona”nın düşərgəsinə yollanması xəbərini ilk olaraq ölkə mətbuatına idman.com.az saytı çatdırıb.

Xəbər 1058 dəfə oxundu.