Daniel Rikardo Mark Ueberi əvəz edəcək
Red Bul komandası gələn il vakant yerə Daniel Rikardonu layiq görüb. Məhz o, həmyerlisi Mark Ueberi əvəz edəcək. Məlumatı Red Bulun məsləhətçisi Helmut Marka canlı yayımda səsləndirib, ardınca isə Rikardo studiyanın girişinə İnfiniti ilə gəlib.

Qeyd edək ki, Daniel 2011-ci ildən Formula 1-də çıxış edir. HRT-də debüt edən pilot son iki mövsümdə Toro Rossonun üzvüdür. O, 42 yarışa 22 xal toplayıb.

Xəbər 834 dəfə oxundu.