“Araz” komandası daha bir futbolçunu heyətinə cəlb edib
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” futbol komandası artıq Naxçıvana qayıdıb.

Birinci divizionun başlanmasına qısa müddət qalmış heyətini daha bir yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi son mövsümü “Qarabağ”da keçirən Bəxtiyar Soltanov ilə müqavilə bağlanıb.
B.Soltanovun bu mövsümün sonunda “Qarabağ” ilə müqaviləsi bitdiyindən “Rəvan”la anlaşıb. Lakin Vladislav Qədirov “Rəvan”ın baş məşqçisi təyin olunduqdan sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün çalışacaq.

Xəbər 860 dəfə oxundu.