"Land of fire Azerbaijan" formalı "Atletiko"dan iki transfer
"Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu daha iki transferini gerçəkləşdirib.

Martin Demiçelisi "Mançester Siti"yə satan Madrid təmsilçisi tezliklə bu futbolçunun yerini doldurub.

Belə ki, Dieqo Simeonenin komandası "Ayaks"dan Tobi Alderveyreld və "Sent Etyen"dən Josuha Guilavoquini transfer edib. Alderveyreldlə 4 illik müqavilə imzalanıb. Hər iki futbolçu "Atletiko"ya gəldiyi üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, İspaniya La Liqasında 3 oyundan sonra 9 xal toplayan "Atletiko" turnir cədvəlində liderlər sırasında qərarlaşıb.

Xəbər 1018 dəfə oxundu.