Rəhim Həsənov yeni təyinat aldı
FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb.
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da keçiriləcək Moldova - Uels oyununun baş hakimi R.Həsənov olacaq.
Baş hakimə Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcəkdir.

Xəbər 669 dəfə oxundu.