Əjdər Cəfərov AGF-in baş katib seçildi

Avqustun 15-də Azərbaycan Güləş Federasiyasında (AGF) daxili toplantı keçirilib. Yığıncaqda baş katib əvəzi Ramin Qasımovun məsələsinə baxılıb. O, işinin öhdəsindən gəlmədiyi üçün vəzifəsindən azad olunub. Müzakirədən sonra Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun bu posta namizədliyi təklif edilib. İclas iştirakçılarının yekdil səsverməsinə əsasən, o federasiyanın baş katibi seçilib. Cəfərov qurumun 4-cü baş katibi olub. Ona qədər müxtəlif illlərdə bu vəzifəni Xanmirzə Məlikəliyev, Mətləb Abdullayev və Cavid Qurbanov icra ediblər.
Ə.Cəfərov AGF-də gənc mütəxəssislərdən sayılır. O, güləş hakimliyində ən ali dərəcə – olimpiya kateqoriyası alan 2 beynəlxalq referimizdən biridir.
Qeyd edək ki, yeni baş katib yeniyetmə sərbəst güləşçilərdən ibarət milli komandanın sabiq 1-ci çalışdırıcısı, əməkdar məşqçi, mərhum Xosrov Cəfərovun oğludur.

Xəbər 1268 dəfə oxundu.