Messidən daha bir rekord
“Valensiya” ilə oyunda het-trik edən Lionel Messi İspaniya çempionatında növbəti rekord müəyyənləşdirib.

Argentinalı futbolçu “Barselona”nın 3:2 hesabıyla qalib gəldiyi görüşdə komandasının bütün qollarını vurub. Bununla da Messi İspaniya çempionatında səfərdə vurduğu qolların sayını 100-ə çatdırıb. Bu, turnirin yeni rekordu deməkdir.

Əvvəlki göstəricinin müəllifi vaxtilə “Real” və “Atletiko”nun şərəfini qoruyan Uqo Sançes idi. Meksikalı hücumçu 99 dəfə fərqlənmişdi.

Xəbər 1154 dəfə oxundu.