"Qalatasaray" futbolçusunu icarəyə verdi
"Qalatasaray" klubu futbolçusu Kazım Kazımı yenidən icarəyə göndərib.

İstanbul klubunun cari çempionatda oynadığı üç oyunda da forma geyinə bilməyən yarımmüdafiəçi 2013/2014 mövsümündə "Bursaspor"da çıxış edəcək.

Bu barədə Bursa təmsilçisinin nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, 27 yaşlı futbolçu bundan əvvəl "Olimpiakos" və "Bləkbörn"də icarə əsasında oynayıb.

Xəbər 1082 dəfə oxundu.