Dünyanın ən bahalı transferinin uşaqlıq şəkli
Dünyanın ən bahalı ikinci futbolçusu olan Qaret Beylin balaca ikən çəkdirdiyi şəkil ortaya çıxıb.

"Tottenhem"dən "Real"a 99 milyon avroya transfer olunduğu bildirilən uelsli yarımmüdafiəçinin uşaq yaşlarından Madrid klubunun azarkeşi olduğu məlum olub.

Belə ki, sözgüdən şəkildə hazırda 24 yaşı olan oyunçu "Real"ın forması ilə poz verib. Madrid klubuna transferlə Beyl uşaqlıq arzusunu gerçəkləşdirib.

Xəbər 1173 dəfə oxundu.