“Liverpul”dan üçüncü rəsmi transfer
"Liverpul" bu gün üçüncü transferini rəsmən açıqlayıb.

Premyer Liqa təmsilçisi "Çelsi"nin futbolçusu Viktor Mozes mövsümün sonuna qədər icarəyə götürülüb.

Joze Mourinyonun şans vermədiyi hücumçu "Liverpul"da gəldiyi üçün sevindiyini deyib.

Bununla da, “Liverpul” transferin sonuncu günündə Sako və Lorinin ardından heyətini daha bir oyunçu ilə gücləndirib.

Qeyd edək ki, Mozes indiyə kimi "Çelsi" forması ilə 42 matçda oynayıb və 10 qol vurub.

Xəbər 857 dəfə oxundu.