Radamel Falkao zədələndi
"Monako" klubunun hücumçusu Radamel Falkao zədələnib.

Bu klubun Fransa Liqasının 4-cü turunda "Marsel"lə oynadığı matçda (2:1) baş verib.

Sözügedən matçda yeni komandası ilə üçüncü qolunu vuran kolumbiyalı hücumçu qarşılaşmanın 72-ci dəqiqəsində ayağından zədələnib. Zədə səbəbindən futbolçu oyunu davam etdirə bilməyib.

Falkaonun zədəsinin ciddi olub-olmadağı isə tibbi müayinədən sonra məlum olacaq.

Xəbər 874 dəfə oxundu.