İsrail - Azərbaycan oyunu isveçli hakimə tapşırıldı
"DÇ-2014"ün seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək İsrail – Azərbaycan oyununun baş hakiminin adı açıqlanıb.

Netanya stadionunda baş tutacaq oyunu isveçli Stefan Yohannesson idarə edəcək.

Qeyd edək ki, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də, Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.

Xəbər 886 dəfə oxundu.