"Milan" Kakanı geri qaytardı
İtaliyanın "Milan" klubu daha bir transferi gerçəkləşdirib.

Klubun prezidenti Adriano Qalliani sabiq futbolçuları Kakanı heyətlərinə qatdıqlarını deyib.

Braziliyalı yarımmüdafiəçi ilə iki illik rəsmi müqavilənin imzalanacağı bildirilib.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2009-cu ildə 55 milyon avro müqabilində məhz "Milan"dan "Real"a transfer olunub.

Xəbər 867 dəfə oxundu.