Məsut Özil Arsenalda oynamağa üstünlük verdi
İngiltərənin Arsenal komandası Real Madridlə Məsut Özilin transferiilə bağlı danışıqlar ilkin nəticə verib. Real futbolçunu satmağa razıdır. Londonlular Almaniya yığmasının yarımmüdafiəçisinə görə qarşı tərəfə 40 milyon funt sterlinq ödəməyə hazırdırlar. Məsut Özil bir neçə gün əvvəl Realı tərk etməyəcəyini bildirib. Futbolçu ilə PSG klubu da ciddi şəkildə maraqlanırdı. Lakin Özil Arsenalda oynamağa üstünlük verib. Onun sabah Londona gedərək müqavilə imzalaması gözlənilir.

Xəbər 768 dəfə oxundu.