Millimizin mətbuat üçün açıq məşqi keçiriləcək
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək İsrail - Azərbaycan oyununa hazırlıq məqsədilə millimiz Bakı şəhərində təlim-məşq toplanışındadır.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah - sentyabrın 3-də, saat 11:00-da, 8-ci km qəsəbə stadionunda Azərbaycan milli komandasının mətbuat nümayəndələri və azarkeşlər üçün açıq məşqi keçiriləcək.

Xəbər 805 dəfə oxundu.