“Rəvan” klubu daha iki futbolçunu heyətinə cəlb etdi
Transfer əməliyyatlarını davam etdirən Bakının “Rəvan” klubu daha iki futbolçunu heyətinə cəlb edib.

Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudur. Hər iki futbolçu ilə birillik müqavilə imzalanıb.
Bir həftədən çox “Rəvan”ın heyətində baxışda olan F.Holster indiyədək yalnız İsveçdə forma geyinib. O, “Nyuköpinqs”, “Haken”, “Vesbyu Yunayted” və “Sundsvall” klublarının şərəfini qorumuşdur. Futbolçu ölkəsinin U-17 və U-19 komandalarında da çıxış edib.
Musa Kabiru isə Nigeriyanın “Kaduna Yunayted” kollektivində və son olaraq Misirin “Əl-Mokavlun Əl-Ərəb” komandasında forma geyinmişdir. İyirmi yeddi yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib.

Xəbər 744 dəfə oxundu.