Azərbaycan cüdoçusu dünya çempionu oldu
Azərbaycan idmanı tarixində ilk dəfə olaraq, cüdoçumuz dünya çempionu adını qazanıb. Bu böyük qələbəni Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü Elxan Məmmədov 100 kq çəki dərəcəsində qazanıb.

1/16 final mərhələsində İsrail, 1/8 finalda İspaniya, 1/4 finalda Yaponiya, yarımfinalda

isə Özbəkistan idmançılarını məğlub edən Elxan finalda 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı, Niderlandlı Henk Qrola qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, avqustun 26-dan 31-dək Braziliyada keçirilən dünya çempionatında digər idmançımız Orxan Səfərov 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bununla da, 1 qızıl, 1 bürün medal qazanan Azərbaycan yığma komandası dünya çempionatının medal sıralamasında 6-cı olub. Qeyd edək ki, dünya çempionatında cəmi 24 ölkə medal qazana bilib.

Xəbər 1555 dəfə oxundu.