Bəxtiyar Soltanov “Araz”da
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb. Birinci divizionun başlanmasına az bir zaman qalmış heyətini daha bir yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi son mövsümü “Qarabağ”da keçirən Bəxtiyar Soltanovu sıralarına qatıb. Naxçıvana gələn Bəxtiyarla artıq müqavilə bağlanılıb.

Bəxtiyar Soltanovun bu mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın “sükanı” arxasına gətirilməsindən sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.

Xəbər 843 dəfə oxundu.