Tsxadadze PFL-in əsasnaməsini pozdu
"İnter" baş məşqçisi Kaxaber Tsxadadze PFL-in əsasnaməsini pozub. Gürcü mütəxəssis Premyer Liqanın beşinci turu çərçivəsində "Simurq"a qarşı keçirilən oyundan sonra mətbuat konfransına qatılmayıb. Onun əvəzinə jurnalistlər önünə köməkçisi Roman Cəfərov çıxıb.

Xatırladaq ki, qaydalara əsasən heç bir ciddi səbəb olmadığı halda, oyunsonrası mətbuat konfransında mütləq komandaların baş məşqçiləri iştirak etməlidir. Əks halda, qaydanı pozan komandanın baş məşqçisi 1000 manatlıq cəriməyə məruz qalacaq.

Xəbər 893 dəfə oxundu.