"Araz"ın UEFA Kubokundakı bütün rəqibləri müəyyənləşdi
Futzal üzrə Azəraycan çempionu “Araz”ın UEFA Kubokunun əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib. Komandamız Rumıniya, Belçika və Yunanıstan klubları ilə bir qrupda mübarizə aparacaq.

Qeyd edək ki, “Araz”ın 6-cı qrupdakı rəqiblərindən ikisi hələ püşkatma dövründə bəlli idi. Bunlar Rumıniya “Targu Mures”i və Belçikanın “Chatelineau” klubu idi. Bu qrupun digər iştitakçısı isə təsnifat mərhələsində H qrupunda mübarizə aparan kollektivlərin ən güclü olub. Bu qrupda “Vikingur” (İslandiya) və “Anji” (Rusiya) ilə mübarizə aparan Yunanıstanın “Athina-90” klubu hər iki rəqibinə 6:2 hesabıyla qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, UEFA Kubokunun əsas mərhələsində 6-cı qrupda aşağıdakı klublar mübarizə aparacaqlar: Araz (Azərbaycan), Targu Mures (Rumıniya), Chatelineau (Belçika), Athina-90 (Yunanıstan).

Xəbər 874 dəfə oxundu.