Realın rus futbolçusu Sevilyaya göndərildi
Madrid «Real»ının və Rusiya yığmasının yarımmüdafiəçisi Denis Çerışev karyerasını icarə əsasında Sevilyada davam etdirəcək. Bu barədə Pireney yarımadasının El Pais qəzeti məlumat verib. Futbolçu Andalusiya komandasına 1 illiyə göndərilib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Çerışev Realla 2017-ci ilə qədər müqavilə imzalamışdı. Ançelotti onu yoxlama oyunlarında sol cinah müdafiəçisi kimi sınayırdı. Lakin oyun praktikasının azlığı futbolçunu belə bir addıma vadar edib.

Qeyd edək ki, hazırda futbolçu zədəlidir və müalicə olunur.

Xəbər 858 dəfə oxundu.