AZAL-da seneqallı futbolçu
“Transfer pəncərəsi”nin bağlanmasına saatlar qalmış AZAL heyətini gücləndirə bilər. “Təyyarəçilər”in düşərgəsinə seneqallı futbolçu qoşulub.

Ad-soyadı Alaci Mansur olan afrikalı oyunçu yarımmüdafiəçidir. Onun son klubu ölkəsinin “Linker” klubu olub. Bunu AZAL-ın baş məşqçisi Vaqif Sadıqov da təsdiqləyib.

Xəbər 835 dəfə oxundu.