Azərbaycanlı cüdoçu dünya çempionu oldu
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatının altıncı günü Azərbaycan üçün uğurlu olub.

Ölkəmiz cüdo idman növündə ilk qızıl medalını qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Elxan Məmmədov finalda hollandiyalı Henk Qrolı məğlub edərək fəxri mükafata sabib çıxıb.

Qeyd edək ki, daha öncə Nazim Hüseynov və Elnur Məmmədli dünya çempionatının finalına yüksəlsələr də, sonda gümüş medalla kifayətlənmişdilər.

Xatırladaq ki, Elxan Məmmədov "Neftçi" İdman Sağlalıq Mərkəzinin üzvüdür.

Xəbər 1118 dəfə oxundu.