Arsen Venger Fransadan hücumçu istəyir
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger növbəti transfer hədəfini açıqlayıb.

Fransız mütəxəssis "Lill" klubunun hücumçusu Salomon Kaluya "elçi" düşüb.

Hücum xəttində ciddi problemlər yaşayan London təmsilçisi 28 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 4 milyon avro ödəməyə hazırdır. Fil Dişi Sahili yığmasının futbolçusunun da "Arsenal"ın təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Kalu ötən mövsüm keçirdiyi 37 oyunda 16 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 857 dəfə oxundu.