Dieqo Lopez Kasilyası rahat buraxmır
Joze Mourinyonun ardından Karlo Ançelottinin gəlişi ilə də forma geyinə bilməyən "Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas daha bir təhlükə ilə üz-üzə qalıb.

Yanvar ayından sonra Madrid klubu ilə heç bir rəsmi matçda forma geyinə bilməyən təcrübəli qolkiper İspaniya millisinin də ehtiyat oyunçular skamyasında qala bilər.

Belə ki, İspaniya millisinin baş məşqçisi Visente Del Boske də son oyunlar daha çox formada olan Dieqo Lopezi əsas qapıçı kimi oynada bilər. Bu baxımdan sentyabrın 6-da Finlandiya ilə matçda baş məşqçinin edəcəyi seçim çox önəmlidir.

Xəbər 1136 dəfə oxundu.