Bəxtiyar Soltanov "Araz"da
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb.

Birinci divizionun başlanmasına az bir zaman qalmış heyətini daha bir yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi Bəxtiyar Soltanovu sıralarına qatıb.

Qeyd edək ki, Bəxtiyar Soltanovun ötən mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın “sükanı” arxasına gətirilməsindən sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.

Xəbər 881 dəfə oxundu.