Aqil Məmmədov: "Məğlubiyyətə layiq deyildik"
“Rəqibi qələbə ilə təbrik edirəm. Bugünkü oyunda məğlubiyyətə layiq deyildik".

Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqanın 5-ci turunda "Rəvan"la oyundan (0:1) sonra deyib.

"Çoxsaylı qol imkanlarını əldən verdik. Nəticədən razı olmasam da, komandamın oyunundan razıyam” - deyə o bildirib.

Xəbər 1007 dəfə oxundu.