Pantiç "Neftçi" ilə oyundan danışdı
“Bu cür gözəl oyundan sonra ancaq sevinmək olar. Həm fiziki, həm də mənəvi cəhətdən rəqibi üstələdik. İkinci hissədə azlıqda qalsaq da, yenə də qələbə qazana bildik".

Bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 5-ci turunda "Neftçi" ilə oyundan (3:0) sonra deyib.

Təcrübəli mütəxəssis hələ öz üzərinlərində işləməli olduqlarını bildirib: "Klubumuzun prezidenti də oyunu izləyirdi. Komanda hələ təzə qurulur, öz üzərimizdə işləməliyik. Bu qələbə unudulmalı, qarşıdakı oyunlara köklənməliyik”.


Xəbər 886 dəfə oxundu.