Messi: "Zədələrdən qorxuram"
"Barselona" klubunun futbolçusu Lionel Messi son zamanlar tez-tez zədələnməsi haqda danışıb.

Argentinalı hücumçu sınıq xarakterli zədələrin olmasından qorxduğunu deyib.

İspaniya Superkubokunun "Atletiko" (Madrid) ilə oyunda çoxlu sayda zərbələr alan Messi həmin vaxt çox narahat olduğunu bildirib: "Maçtdan sonra hər hansı sınığın olub-olmamadığını düzgün bilmədik. Müayinədən keçdikdən sonra heç bir problemin olmadığı məlum oldu. Belə zədələrdən qorxuram".

Xəbər 952 dəfə oxundu.