Qvardiola tarixə düşdü
Bariya"nın yeni çalışdırıcısı Pep Qvardiola tarixə düşüb.

İspaniyalı mütəxəssis UEFA Superkubokunda "Çelsi" üzərində qələbədən sonra (2:2, pen: 5:4) bu kuboku ən çox qazanan ilk baş məşqçi olub.

2009 və 2011-ci illərdə "Barselona"da da eyni uğura sahib olan Qvardiola ümumilikdə üçüncü dəfə Superkuboku qazanıb.

Bundan əvvəl isə Aleks Fergüsson ("Aberdeen" 1983, "Mançester Yunayted" 1991), Karlo Ançelotti ("Milan" 2002-2007), Luis Van Qal ("Ayaks" 1995, "Barselona" 1997), Arriqo Sakki ("Milan" 1989-1990) kimi baş məşqçilər hərəyə iki dəfə bu kuboku qazana bilib.

Xəbər 927 dəfə oxundu.