"Simurq"un futbolçusu Keniya yığmasına çağırıldı
“Simurq”un futbolçusu Patrik Osiako Kenya yığmasına dəvət edilib. Zaqatala klubu futbolçusu senytabrın 1-dən 9-dək ölkəsində təşkil ediləcək təlim-məşq toplanışında iştirak edəcək.

O, DÇ-2014 seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Namibiya qarşı keçiriləcək görüşdə Kenya yığma komandasının uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Patrik Osiako "Simurq"un heyətində forma geyinənə yeganə legioner futbolçudu ki, ölkəsinin yığma komandasına dəvət edilir.

Xəbər 899 dəfə oxundu.