Kliçko ilin boksçusu seçildi
Dünya Boks təşkilatı (WBO) Budapeştdə keçirilən konqresində ukraynalı Vladimir Kliçkonu ilin boksçusu seçib. Məlumat qurumun rəsmi saytında yayılıb.

37 yaşlı idmançı 4 versiya üzrə - IBF/IBO/WBA/WBO superağır çəkidə dünya çempionudur. Boksçunun növbəti döyüşü oktyabrın 5-də Aleksandr Povetkinlə olacaq.

Xəbər 984 dəfə oxundu.