Hələlik 1 medal

Kiyevdə keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyində ilk günün qalibləri müəyyənləşib. Azərbaycan milli komandasının üzvlərindən 4 çəki dərəcəsində eyni sayda idmançı tatamiyə çıxıb. Cüdoçularımızdan yalnız Sadıq Məhərrəmov (50 kq) fəxri kürsüyə yüksəlməyi bacarıb. O, yarımfinalda İtaliya təmsilçisi Manzi Eliosa məğlub olsa da, təsəlliverici görüşdə qazaxıstanlı Jaksilik Mussurmanova qalib gələrək, bürünc medal qazanıb.
Qeyd edək ki, sabah yekunlaşacaq yarışda daha 11 idmançımız qüvvəsini sınayacaq

Xəbər 1067 dəfə oxundu.