"Qalatasaray"ın hücumçusu "Latsio"ya doğru
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Burak Yılmaz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

İİtaliyanın "Latsio" klubu Burakı transfer etməkdə israrlıdır.

Roma təmsilçisinin 28 yaşlı futbolçunun transferi üçün "Qalatasaray"la prinsipdə anlaşdığı iddia edilir. İtaliya klubu Burak üçün 12 milyon avro təklif edib. Lakin "Cim Bom"un "Latsio"dan 15 milyon avro tələb etməsi tərəflər arasında narazılığa səbəb olub.

Qeyd edək ki, Burak 2012-ci ildə "Trabzonspor"dan "Qalatasaray"a transfer olunub.

Xəbər 937 dəfə oxundu.