"Simurq"un futbolçusu Keniyaya gedir
"Simurq" klubunun üzvü Patrik Osiako Kenya yığmasına dəvət edilib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu senytabrın 1-dən 9-dək ölkəsində təşkil ediləcək təlim-məşq toplanışında iştirak edəcək.

Osiako "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Namibiya qarşı keçiriləcək görüşdə Kenya yığma komandasının uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Patrik Osiako "Simurq"un heyətində forma geyinən yeganə legioner futbolçudur ki, ölkəsinin yığma komandasına dəvət edilir.

Xəbər 942 dəfə oxundu.