Messi: "Çətin qrupa düşdük"
"Barselona" klubunun futbolçusu Lionel Messi ötən gün baş tutan Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Argentinalı futbolçu onlara çətin rəqiblərin düşdüyünü bildirib:

"Biz çətin qrupa düşdük. "Milan" kifayət qədər güclü komandadır. "Seltik"lə daha öncə də oynamışıq. "Ayaks"ın isə böyük futbol ənənələri var. Bununla belə, bu qrupda oynamaq maraqlı olacaq".

Qeyd edək ki, "Barselona" "Milan" (İtaliya), "Seltik" (Şotlandiya) və "Ayaks"la (Hollandiya) birgə H qrupunda yer alıb.

Xəbər 885 dəfə oxundu.