"Qarabağ" özünü yaxşı tərəfdən göstərdi"
"İkinci hissədə nisbətən aşağı tempdə oynadıq. Çünki irəli getməyə ehtiyac yox idi. Lakin "Qarabağ" bununla razılaşmadı və özünü yaxşı tərəfdən göstərdi".

Bu sözləri "Ayntraxt" klubunun yarımmüdafiəçisi Yan Rosenthal "Qarabağ"la oyundan sonra deyib.

İkinci qolun ötürməsini verən 27 yaşlı futbolçu "Qarabağ"da yaxşı braziliyalı futbolçuların olduğunu bildirib: "Qarabağ"ın yaxşı braziliyalı futbolçuları var. İkinci qol epizodunda qapıçının irəli çıxdığını gördüm və ötürmə verməli olduğumu düşündüm. Bu da uğurlu alındı. Stadionda atmosfer əla idi. Artıq püşkatma mərasimi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

Xəbər 907 dəfə oxundu.