Avroliqa oyunu yanğına görə yarıda qaldı
Məlum olduğu kimi, bu gecə Avropa Liqasının pley-off mərhələsinin oyunları keçirilir. Bu oyunlardan biri başa çatmayıb.

Belə ki, Hollandiyanın “Alkmaar” komandası ilə Yunanıstan “Atromitos”u arasındakı görüşün ikinci hissəsi oynanılarkən hakim matçı yarıda saxlamaq məcburiyyətində qalıblar. Buna Hollandiya klubunun stadionunda yanğın baş verməsi səbəb olub. Nəticədə, qarşılaşmanın yarıda dayandırılmasına qərar verilib.

Qeyd edək ki, oyun 1:0 hesabıyla yunanların xeyrinə olarkən dayandırılıb. İlk oyunda isə hollandlar səfərdə 3:1 hesabıyla qalib gəliblər.

Bu oyun avqustun 30-da dayandırıldığı yerdən, yerli vaxtla saat 11:00-da davam etdiriləcək.

Xəbər 1039 dəfə oxundu.