"Qalatasaray" daha bir transfer reallaşdırdı
"Qalatasaray" daha bir transfer reallaşdırıb.

İstanbul klubu "Sportinq"in gənc və istedadlı futbolçusu sayılan Brumanın keçidini həll edib. Transferin dəyəri 12 milyon avro təşkil edəcək. Bruma yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Bruma Türkiyədə keçirilən gənclər arasında Dünya Çempionatından sonra Avropanın bir neçə klubun maraq dairəsinə düşmüşdü.

Xəbər 701 dəfə oxundu.